Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və "Şans" Tibb Mərkəzinin təşkilatçılığı ilə Vətənimizin suverenliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın və müharibə iştirakçılarının ailə üzvləri üçün ödənişsiz tibbi yardım aksiyası həyata keçirilib.
Gencexeber.az bildirir ki, aksiya zamanı onlar müxtəlif tibbi müayinələrdən keçib, həkimlər tərəfindən peşəkar konsultasiyalar təqdim olunub. Ehtiyac yarandığı halda əlavə laborator analizlər və müalicə yönümlü prosedurlar da təşkil edilib.
Aksiyanın gələcəkdə də davam etdiriləcəyi, şəhid ailələri və müharibə iştirakçılarının övladlarının hər zaman diqqət mərkəzində saxlanacağını bildirilib.