top
Gəncədə qızlar və xanımlar üçün PULSUZ velosiped məşqləri keçirilir
22 noyabr 2025, 17:24
- ↺ +

Gəncədə qızlar və xanımlar üçün PULSUZ velosiped məşqləri keçirilir

Gəncə şəhərində velosiped idmanının inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində qızların və xanımların da bu idman növünə cəlb olunması üçün xüsusi imkanlar yaradılıb.

Gencexeber.az-ın məlumatına görə, Gəncədə fəaliyyət göstərən Velosiped İdman Məktəbi 11 yaşdan yuxarı bütün qızları və xanımları velosiped idmanı üzrə məşqlərə qoşulmağa çağırır. Məşqlər tam ödənişsizdir və iştirakçılar velosipedlə təmin olunurlar. Yaş məhdudiyyəti isə yoxdur.

Hazırda məşqlər AzVİF-in Gəncə şəhəri üzrə nümayəndəsi, məşqçi Mahir Məmmədov tərəfindən keçmiş "Metallurq" stadionunda keçirilir. Təşkilatçı bildirib ki, yaxın müddətdə məşqlərin Gəncə İdman Sarayında və ya Gəncə Olimpiya İdman Kompleksində təşkili planlaşdırılır.

Qeyd edək ki, proqram Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə icra olunur. Federasiya Gəncədəki velosiped idman məktəbinə 50-dən çox velosiped təqdim edib.

Mahir Məmmədovun sözlərinə görə, velosiped idmanına dövlət dəstəyi mövcuddur və məqsəd Gəncədən də peşəkar idmançıların yetişdirilməsidir. O bildirib ki, gələcəkdə bu gənc idmançıların mötəbər yarışlarda iştirak etməsi üçün bütün zəruri şərait yaradılacaq.

Məşqlərdə iştirak etmək istəyənlər (055) 539 65 09 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncəlilər avtobuslarda məsafəyə görə ödəniş edəcəklər

Bütün xəbərlər
Bu gün, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
Bu gün, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Bu gün, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Bu gün, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Bu gün, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Bu gün, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Bu gün, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Bu gün, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Bu gün, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Bu gün, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Bu gün, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Bu gün, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Bu gün, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Bu gün, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Bu gün, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
Dünən, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
Dünən, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
Dünən, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Dünən, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Oxşar xəbərlər