Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, qəza zamanı 1991-ci il təvəllüdlü İslam Əhmədov və 12 yaşlı Y.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.