Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində "VAZ-2107" markalı avtomobillə "Hyundai" markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.