top
Gəncədə nənəsinin yasında qohumlarını döydü
04 dekabr 2025, 17:28
- ↺ +

Gəncədə nənəsinin yasında qohumlarını döydü

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüsal Fərəclinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən aparılan araşdırmalar nəticəsində bir nəfərin yaxın qohumunun yas mərasimində ictimai asayişi pozması ilə bağlı cinayət işi üzrə ittiham irəli sürülüb.

İttihama görə, hadisə 31 mart 2021-ci il tarixdə, saat 13:30 radələrində Gəncə şəhərində, Vüsal Fərəclinin vəfat etmiş nənənin yas mərasimi zamanı baş verib.

Belə ki, təqsirləndirilən şəxs mərasimdə toplaşmış qohumlar qarşısında ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyət tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına qarşı sayğısızlıq nümayiş etdirib, bu hərəkətləri ilə çevrəsinə açıq şəkildə hörmətsizlik ifadə edib.

Məhkəmə sənədlərinə əsasən, o, heç bir əsaslı səbəb olmadan qohumları – zərərçəkmiş B.B. və onun oğlu, zərərçəkmiş N.B. (adları və soyadları şərtidir) ilə mübahisə edib, daha sonra zor tətbiq etməklə qəsdən qərəzli hərəkətlər həyata keçirib. Mübahisə zamanı Vüsal yumruqla zərbələr vurmaqla B.B.-nin üst çənədə travmatik sınıq, dodaq nahiyəsində qansızma və şişkinliklə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib. Eyni zamanda, o, N.B-yə yumruqla zərbə vuraraq ona bədən xəsarəti yetirib.

Hadisədən sonra Vüsal Fərəcli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmadığından ona bəraət verilib.

Məlumat üçün bildirək ki, hadisə zamanı Vüsal Fərəcli Azərbaycanda universitetlərin birində hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi olub. O, ifadəsində bildirib ki, təqsirləndirilən şəxs hadisə baş verən gün onlayn qaydada keçirilən dərsdə iştirak edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncəlilər avtobuslarda məsafəyə görə ödəniş edəcəklər

Bütün xəbərlər
Bu gün, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
Bu gün, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Bu gün, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Bu gün, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Bu gün, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Bu gün, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Bu gün, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Bu gün, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Bu gün, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Bu gün, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Bu gün, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Bu gün, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Bu gün, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Bu gün, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Bu gün, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
Dünən, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
Dünən, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
Dünən, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Dünən, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Oxşar xəbərlər