top
Gəncədə neft bazası 3 aydır işləmir, işçilər maaşsız qalıb
08 dekabr 2025, 18:23
- ↺ +

Gəncədə neft bazası 3 aydır işləmir, işçilər maaşsız qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təxminən üç aya yaxındır ki, 6 saylı Gəncə Neft Baza Sahəsi fəaliyyətini dayandırıb. Qurumun işləməməsi ilə bağlı müxtəlif səbəblər səsləndirilsə də, reallıq odur ki, artıq uzun müddətdir bazaya nə benzin, nə də dizel yanacağı daxil olur.

Gencexeber.az-ın məlumatına görə, sözügedən neft bazası Gəncə şəhəri və ətraf bölgələrin yanacaqla təminatında əsas mənbələrdən biri hesab olunur. Fəaliyyətin dayandırılması səbəbindən şəhər və rayonlarda fəaliyyət göstərən xırda yanacaqdolurma məntəqələri müəyyən çətinliklərlə üzləşiblər.

Bununla yanaşı, yanacaq daşıyan sürücülər və 6 saylı Baza Sahəsinin bir çox əməkdaşı hazırda işsiz qalıb. İşçi heyətinə və sürücülərə bildirilib ki, yanacağın Bakıdan gətirilməsi təmin olunmalıdır. Lakin məsafə və yüksək xərc səbəbindən bu, nə sifarişçilərə, nə də sürücülərin özlərinə sərf edir. Nəticədə iş həcmi minimuma enib.

Məsələ ilə bağlı redaksiyamızın sorğusuna cavab olaraq qurumun tabe olduğu "SOCAR PETROLEUM" QSC bildirib ki, 6 saylı Gəncə Neft Baza Sahəsində sentyabr ayından etibarən əsaslı təmir işlərinə başlanılıb və buna görə obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

QSC-dən vurğulanıb ki, neft bazaları strateji əhəmiyyətli obyektlərdir və texniki nasazlıqların vaxtında aradan qaldırılmaması potensial qəza riskləri yarada bilər. Bu səbəbdən təmir prosesi bütün təhlükəsizlik qaydalarına və normativ tələblərə uyğun şəkildə həyata keçirilir.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra Gəncə Neft Baza Sahəsinin fəaliyyəti tam şəkildə bərpa olunacaq.

Qurum sahibkarlardan mövcud vəziyyətə anlayış göstərmələrini xahiş edib və əlavə olaraq bildirib ki, təmir müddətində iş adamları Bakı şəhərində yerləşən 1 və 22 saylı Neft Bazalarından istifadə edə bilərlər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər