Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.аz xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəktədə olan minik maşını ilə moped toqquşub.
Nəticədə mopedin sürücüsü - 2007-ci il təvəllüdlü E.Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.