top
Gəncədə Metallurq stadionu ÖZ ÜMİDİNƏ BURAXILIB
Video
27 fevral 2026, 12:00
- ↺ +

Gəncədə "Metallurq" stadionu ÖZ ÜMİDİNƏ BURAXILIB

Dəfələrlə xəbər verdiyimiz kimi, Gəncə şəhərində bir zamanlar bölgənin ən böyük idman obyektlərindən hesab olunan keçmiş "Metallurq" stadionu artıq onillərdir acınacaqlı vəziyyətdədir. Onun gələcək aqibəti ilə bağlı isə indiyədək heç bir rəsmi məlumat açıqlanmayıb.

Gencexeber.az xəbər verir ki, ümumi sahəsi 6 hektar olan stadion İsaq Cəfərov və Dədə Qorqud küçələrinin kəsişməsində yerləşir. Uzun illər Gəncənin idman həyatında mühüm rol oynamış kompleks hazırda baxımsız vəziyyətdədir.

Ərazidəki idman qurğuları yararsız hala düşüb, stadionun infrastrukturu isə tamamilə köhnəlib. Bir vaxtlar yüzlərlə gəncin məşq etdiyi, yarışların keçirildiyi bu məkan indi faktiki olaraq istifadəyə yararsızdır.

Şəhər sakinləri illərlə Gəncəyə xidmət etmiş bu idman kompleksinin bərpa olunmasını və yenidən şəhərin idman həyatına qazandırılmasını tələb edirlər.

Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən stadion ərazisində mütəmadi olaraq genişmiqyaslı təmizlik işləri aparılır və ərazinin tamamilə xarabalığa çevrilməsinin qarşısı alınır. Lakin görülən işlər yalnız sanitariya xarakteri daşıyır və kompleksin əsaslı şəkildə bərpası ilə bağlı addımlar müşahidə olunmur.

Hazırda "Metallurq" stadionunun gələcək taleyi ilə bağlı məlumat yoxdur.

Məlumat üçün bildirək ki, şəhərdə yerləşən digər iri idman obyekti – Gəncə şəhər stadionu da uzun illər əsaslı təmirə ehtiyac duyurdu. 15 464 tamaşaçı tutumuna malik olan stadion yenidən inşa edilərək III MDB Oyunlarının açılış mərasiminə hazır vəziyyətə gətirilib və təyinatı üzrə istifadə olunub. Hazırda arenada ot örtüyünün qurulması prosesi aparılır və yaxın vaxtlarda Gəncənin "Kəpəz" futbol komandası ev oyunlarını burada keçirəcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
Dünən, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Dünən, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Dünən, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Dünən, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Dünən, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Dünən, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Dünən, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Dünən, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Dünən, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Dünən, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Dünən, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Dünən, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Dünən, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Dünən, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
24 sentyabr 2026, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
24 sentyabr 2026, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
24 sentyabr 2026, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
24 sentyabr 2026, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
24 sentyabr 2026, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
24 sentyabr 2026, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
24 sentyabr 2026, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
24 sentyabr 2026, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Bütün xəbərlər
24 sentyabr 2026, 09:38

Mingəçevirdə işıq olmayacaq

Oxşar xəbərlər