Gəncədə Sevxan Sevxanov küçəsinin asfalt örtüyü bərbad vəziyyətdədir.
Gencexeber.az-a şikayət ünvanlayan sakinlər bildirirlər ki, çalalar və deformasiyaya uğramış asfalt örtüyü həm insanların, həm də nəqliyyatın hərəkətinə mane olur.
"Küçə uzun müddətdir bərbad vəziyyətdədir. Yağış yağanda ümumiyyətlə acınacaqlı hala düşür. Aidiyyəti qurumların sanki xoşu gəlir ki, sakinlər problemi harasa şikayət etsin, sonra təmir işləri görülsün. Ümid edirik ki, şikayətimizdən sonra asfalt örtüyü bərpa ediləcək", - sakinlər bildiriblər.