top
Gəncədə Mənsum İbrahimovun yaradıcılıq gecəsi baş tutub
Foto
04 dekabr 2025, 16:52
- ↺ +

Gəncədə Mənsum İbrahimovun yaradıcılıq gecəsi baş tutub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.

Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qurumun dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki vitse-konsulu Yığıt Yalın Solan, Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə Gömrük İdarəsinin rəisi Şamil Həsənli, "Rövşən Oğuz Qrup" MMC-nin direktoru Hafiz Mustafayev, şəhər icra hakimiyyətinin aparat əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə veteranları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə tanınmış xanəndənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək Mənsum İbrahimovun sənət yolundan danışıblar və onu yubiley münasibətilə təbrik ediblər.

Konsert proqramında Xalq artisti, tarzən Elçin Həşimovun və kamança ustası, Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Əməkdar artistlər Təyyar Bayramov və Babək Niftəliyev, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, eləcə də solistlər Gülzar Fərəcova, Sədəf Budaqova, Ayşən Mehdiyeva və Pərvaz İbrahimli, o cümlədən Gəncə Dövlət Universitetinin tələbə xor kollektivi yubilyarın repertuarından muğamları, xalq və bəstəkar mahnılarını ifa ediblər.

Gecənin sonunda Mənsum İbrahimov tədbirin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər