Gəncədə İsmət Qayıbov küçəsində meyit tapılıb.
Gencexeber.az-ın məlumatına əsasən, 60-70 yaşlarında kişi küçədə ürək tutmasından dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.