Gəncədə evdən oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Gencexeber.az-ın məlumatına əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 45 yaşlı C. Mamedov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.