İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Gencexeber.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, imam vəzifəsi üzrə 17 yer üçün müsahibə elan olunub.
Həmin yerlərdən biri də Gəncə şəhər "Qırıxlı" məscidində vakantdır.