Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. İki "VAZ-21011" markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyməsə də, qırmızı rəngli avtomobilin ön şüşəsi yerindən çıxaraq düşüb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.