Gəncədə Zərdabi küçəsi ilə Sabir küçəsinin kəsişməsində quraşdırılmış küçə lampası normal rejimdə işləmir.
Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, sözügedən ərazidə yerləşən küçə lampası tez-tez sönüb-yanır.
Bu da sürücülərin diqqətini yayındırır və yol-nəqliyyat hadisəsi riskini artırır.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik problemin aradan qaldırılmadığını bildirirlər. Onlar küçə işıqlandırmasının tam bərpa olunmasını xahiş edirlər.