Gəncədə fərdi yaşayış evlərindən birində baş verən yanğın söndürülüb.
Gencexeber.az bildirir ki, Bəxtiyar İsmayılova məxsus ikimərtəbəli evin mətbəx hissəsində başlayan yanğının böyüməsinin qarşısı alınıb.
Yanğın zamanı bəzi məişət əşyaları yanıb. Xəsarət və ya tüstüdən zəhərlənmə faktı qeydə alınmayıb.
Hadisə yerinə üç yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.