Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından aldığı bıçaq xəsarəti səbəbi ilə xəstəxanaya çatdırılıb.
Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.