Gəncədə zəhərlənmə baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü S.Hüseynov, 1968-ci il təvəllüdlü G.Rüstəmova, 1994-cü il təvəllüdlü Ü.Hüseynova, 2014-cü il təvəllüdlü Q.Hüseynov və 2017-ci il təvəllüdlü S.Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.