top
Gəncədə atasının köməyinə gələn gənc ürəyindən vurularaq öldürüldü – TƏFƏRRÜAT
27 noyabr 2025, 09:41
- ↺ +

Gəncədə atasının köməyinə gələn gənc ürəyindən vurularaq öldürüldü – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Azər Mövsümov 2005-ci il təvəllüdlü Həsən Novruzovu qətlə yetirməkdə ittiham edilib.

Teleqraf.аz xəbər verir ki, 19 sentyabr 2022-ci ildə saat 23 radələrində Azər içkili vəziyyətdə "Rəvan" adlı kafenin qarşısında tanışı Həsən Novruzovun atası Vidadi Novruzovla mübahisə edib.

Vidadi üzərində gəzdirdiyi bıçaqla mübahisəyə qoşulan Həsəni vurub, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilməyib:

"Vidadini uşaq vaxtından tanıyıram. O, spirtli içkilərə meylli insandır, həddindən artıq içir. Bir neçə dəfə qolundan tutub yaşadığı evə aparmışam. Ailəsi onu ataraq gedib. Sentyabrın 19-da saat 22 radələrində dostum və adaşım Azərə zəng etdim, harada olduğunu soruşdum. Kafedə tanışları ilə çörək yediyini bildirdi, məni də ora dəvət etdi. Saat 23 radələrində qonşuluğumuzda yaşayan Vidadi kafeyə gəldi. Yanıma gəldikdə aya qüstə dayana bilmədiyini gördüm. Evinə aparmağımı təklif etdim, o isə ağır söyüşlərlə məni təhqir etdi, gözümün altından yumruqla vurdu.

Kafeyə yaxın məsafədə olan çayxanaya getdim, Vidadinin mənim və ailəmin ünvanına ağır söyüşlər işlətdiyini eşitdim. Özünün və oğlu Həsənin qardaşım Xəyalı itələyərək təklədiklərini gördüm. Çayxanadan qaçaraq kafenin qabağına gəldim, bıçaqla Vidadinin sol qol nahiyəsinə zərbələr vurdum. Vidadi yerə yıxıldı.

Həsən anidən üzərimə gəldiyi üçün bıçağı onun istiqamətinə bir neçə dəfə fırladım, bıçaq zərbəsi ona dəydi. Məqsədim bıçaqla onları qorxuzub, özümdən uzaqlaşdırmaq idi. Həsəni xəstəxanaya apardılar, mən isə qayınanamgildə olan arvadımla sağollaşdım, yatılı vəziyyətdə olan uşaqlarımın üzündən öpdüm. Amma onlara hadisə ilə bağlı heç nə demədim. Polis şöbəsinə gedib baş vermiş hadisəni olduğu kimi danışdım".

İş üzrə zərərçəkmiş Vidadi Həsənovun sözlərinə görə, sentyabrın 19-da saat təxminən 22 radələrində yaşadığı evinin yaxınlığında kafeyə gedib:

"Bir nəfərlə aramızda mübahisə yarandığı üçün kafedən bizi çölə çıxardılar. Kafenin qabağında Azər üzərimə gəldi və mənə bir yumruq vurmaq istədi. Sonra bel nahiyəsindən bıçaq çıxardı. Geriyə çəkildim və oradan uzaqlaşdım. Evimə tərəf gedərkən oğlum Həsən yanıma gəldi, kimlə mübahisə etdiyimi soruşdu. Azərlə söhbət etmək üçün birlikdə çayxanaya tərəf getdik. Azəri çayxanada görməyəndə qardaşı Xəyal üzərimə gələrək bizə yumruq zərbələri vurmaq istədi. Sonra isə Azər əlində bıçaq qışqıra-qışqıra gəldi. "Siz mənim qardaşımı təkləmisiniz?" deyərək əvvəlcə mənim qoluma bıçaq vurdu. Sonra Həsənin ürək nahiyəsinə zərbə endirdi.

Xəyal mənimlə birlikdə Həsəni taksiyə mindirərək Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına apardıq. Oğlum xəstəxanada öldü".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Azər Mövsümov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Azər Mövsümovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 13 ilə endirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər