top
Gəncədə BakuBus avtobusu 78 yaşlı qadını vurmayıb
05 dekabr 2025, 18:12
- +

Gəncədə "BakuBus" avtobusu 78 yaşlı qadını vurmayıb

Müxtəlif media resurslar tərəfindən Gəncə şəhəri ərazisində ahıl qadının avtobus tərəfindən vurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Gencexeber.az-ın məlumatına görə, 1947-ci il təvəllüdlü şəhər sakini M.Nəsrullayeva "BakuBus" MMC-yə məxsus 4 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən yıxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından redaksiyamıza verilən məlumata görə, qadın Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Hər iki biləyin və sağ diz oynağının sıyrılmış-cızılmış yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", – məlumatda qeyd olunub.

Hadisənin necə baş verdiyini dəqiqləşdirmək məqsədilə redaksiyamız "BakuBus" MMC ilə əlaqə saxlayıb. Sərnişindaşıma şirkətindən bildirilib ki, video müşahidə kameralarından aparılan araşdırmanın nəticəsinə əsasən məlum olub ki, hadisə saat 14:00 radələrində Heydər Əliyev prospekti 696 ünvanında yerləşən dayanacaqda baş verib:

"Avtobus dayanacaqda dayandığı zaman sərnişin avtobusdan düşür. Daha sonra sürücü hərəkətinə davam etmək məqsədilə qapıları bağlayarkən sərnişin anidən orta qapıdan avtobusa geri qayıtmağa cəhd edir. Bu da, qaydalara ziddir. Avtobusdan düşdükdən sonra yalnız ön qapıdan daxil olmaq mümkündür. Qapıların bağlanması zamanı sərnişin qapı arasında qalaraq təhlükəli vəziyyət yaranıb. 

Hadisəni görən sürücü dərhal sərnişinə yaxınlaşaraq ona lazımi köməyi göstərib, daha sonra sərnişin vəziyyətinin normal olduğu təsdiqləndən sonra növbəti dayanacaqda təhlükəsiz şəkildə avtobusu tərk edib. 

Araşdırma göstərir ki, hadisənin baş verməsində sürücünün hər hansı məsuliyyəti yoxdur". 

"BakuBus" MMC sərnişinləri mənzil başına təhlükəsiz çatdıran sürücülərə qarşı daha anlayışlı olmağa, ictimai nəqliyyatdan istifadə edərkən qaydalara riayət etməyə və ictimai nəqliyyata olan etimadı qorumağa çağırıb. 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər