Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, Samux rayon sakini, 1982-ci il təvəllüdlü Zülfiyyə Kərimova avtomobil tərəfindən vurularaq xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.