Gəncədə fəaliyyət göstərən "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət sxemi ictimaiyyətə təqdim olunub.
Gencexeber.az-a adıçəkilən sərnişindaşıma şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir ist.) - Gəncə Avtovağzalı (Yevlax ist.) istiqamətində və əksinə hər gün saat 06:30-dan 23:00-dək hərəkət edir.
Hərəkət sxemi təqdim etdiyimiz fotolarda əks olunub: