Samux rayonunun Alabaşlı qəsəbəsində və Daşkəsən şəhərində yeni yaşayış binaları inşa ediləcək.
İqtisadiyyat.аz xəbər verir ki, tikinti işlərinin sifarişçisi Fövqəladə Hallar Nazirliyidir.
Nazirliyin "Balacans İnşaat" şirkəti ilə bağladığı 689 000 manatlıq müqaviləyə əsasən, Gəncə şəhərindən cəmi 12 kilometr məsafədə olan Samux rayonunun Alabaşlı qəsəbəsində 2 mərtəbəli 7 mənzilli yaşayış binasının tikintisi də həyata keçiriləcək.
Bundan əlavə, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində də yaşayış binası layihələndirilib.
Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin sifarişi ilə 3 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinə başlanılır.
Tikinti işlərinin icrası FİM Group şirkətinə həvalə olunub və onunla 1 milyon 50 min manatlıq müqavilə bağlanılıb.