top
Gəncə Şəhər Statistika İdarəsi Ümumdünya Statistika Günü ilə bağlı
16 oktyabr 2025, 16:07
- +

Gəncə Şəhər Statistika İdarəsi Ümumdünya Statistika Günü ilə bağlı

Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyasının qərarına əsasən, 2025-ci ilin 4–7 mart tarixlərində keçirilmiş 56-cı sessiyada Ümumdünya Statistika Günü "Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında qeyd olunub.

Gencexeber.az-a Gəncə Şəhər Statistika İdarəsi tərəfindən bildirilib ki, bu təşəbbüs BMT Baş katibinin təqdim etdiyi məruzə və müvafiq tövsiyələr əsasında qəbul edilərək beynəlxalq, milli və regional səviyyələrdə rəsmi statistikanın əhəmiyyətini bir daha gündəmə gətirir. Əsas məqsəd cəmiyyətin bütün təbəqələrində statistikanın müasir idarəetmədə, planlaşdırmada və dayanıqlı inkişafın təminində göstərdiyi rola diqqət çəkmək, həm dövlət, həm də vətəndaş cəmiyyətində statistik məlumatların dəyərini artırmaqdır. 2010-cu il oktyabrın 20-si Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən Ümumdünya Statistika Günü beynəlxalq miqyasda hər 5 ildən bir qeyd olunur və bu günün keçirilməsində məqsəd cəmiyyətin sosial-iqtisadi inkişafında, elmi tədqiqatlarda və idarəetmə proseslərində statistikanın mühüm rolunu vurğulamaq, eləcə də etibarlı məlumatların qərar qəbul etmə proseslərində əhəmiyyətini önə çəkməkdir. 

Statistika elmi təkcə rəqəmlərin toplanması deyil, dövlətin sosial-iqtisadi həyatında baş verən proseslərin obyektiv mənzərəsini əks etdirən, qərarların elmi əsasda qəbuluna imkan yaradan mühüm idarəetmə alətidir. Müasir dövrdə iqtisadi inkişafın planlaşdırılması, sosial siyasətin formalaşdırılması, əhalinin rifah səviyyəsinin qiymətləndirilməsi və qlobal dəyişikliklərə çevik reaksiya verilməsi məhz statistik məlumatların dəqiqliyindən asılıdır. Keyfiyyətli statistika şəffaf idarəetmənin, açıq hökumət prinsipinin və vətəndaş etimadının əsas sütunlarından biridir.
Azərbaycan Respublikasında statistika sisteminin formalaşması uzun və zəngin inkişaf yolu keçib. Ölkəmizdə rəsmi statistikanın əsası hələ XIX əsrin sonlarında qoyulmuş, XX əsrdə isə müstəqil dövlət idarəetməsinin mühüm komponentinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə statistik idarəetmə sisteminin institusional inkişafına, metodoloji əsasların beynəlxalq standartlara uyğunlaşdırılmasına, eləcə də məlumatların emalı və təqdimatında müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilmişdir. Heydər Əliyev dəqiq və dolğun statistik məlumatların dövlət siyasətinin formalaşmasında və iqtisadi islahatların həyata keçirilməsində əvəzsiz rolunu hər zaman vurğulamış, bu sahəyə ardıcıl dəstək göstərmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan statistika sistemi yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Dövlət Statistika Komitəsi tərəfindən rəqəmsallaşma, açıq məlumat bazalarının yaradılması, məlumatların beynəlxalq metodologiyalarla uyğunlaşdırılması, süni intellekt və avtomatlaşdırılmış təhlil sistemlərinin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülür. Ölkəmizdə əhalinin və kənd təsərrüfatının  siyahıyaalınması, iqtisadiyyatın bütün sahələri üzrə sosial-iqtisadi müşahidələrin aparılması və s. işlər yüksək səviyyədə həyata keçirilir, əldə olunan nəticələr dövlət proqramlarının planlaşdırılması və icrasında etibarlı informasiya bazası rolunu oynayır.

Bu istiqamətdə həyata keçirilən dövlət proqramları ölkədə statistik idarəetmənin müasir tələblərə uyğunlaşdırılmasına, məlumat keyfiyyətinin artırılmasına və analitik potensialın genişləndirilməsinə xidmət edir. Yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində statistik məlumatların toplanması və emalı sürətlənmiş, elektron hesabat sistemi vasitəsilə müəssisə və təşkilatların məlumat ötürməsi sadələşdirilmişdir. Bununla yanaşı, vətəndaşların statistik məlumatlara açıq və rahat çıxışı təmin edilmiş, şəffaflıq prinsipi daha da möhkəmləndirilmişdir.

Statistikanın inkişafında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan BMT, Avropa Statistika Komissiyası, MDB Statistika Komitəsi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində ölkə statistikasında beynəlxalq metodoloji prinsiplərin tətbiqi, məlumatların müqayisəliliyinin təmin olunması və qlobal məlumat mübadiləsində fəal iştirak kimi mühüm nailiyyətlər əldə edilmişdir. 24-26 sentyabr tarixlərində Bakı şəhərində "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib, mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar və sonda iclasın yekunlarına dair Kommunike qəbul edilib.
Gələcəyə baxdıqda, statistika qarşısında duran əsas vəzifələrdən biri rəqəmsal transformasiyanın daha da sürətləndirilməsi, böyük verilənlər və süni intellekt texnologiyalarının tətbiqi ilə analitik imkanların genişləndirilməsidir. Bununla yanaşı, məlumatların keyfiyyətinin yüksəldilməsi, mənbələrin inteqrasiyası və cəmiyyətin statistik məlumatlara olan etimadının daha da artırılması prioritet istiqamətlər kimi qalır.

Ümumdünya Statistika Günü yalnız statistik xidmət əməkdaşlarının peşə bayramı deyil, həm də cəmiyyətə doğru qərarların  etibarlı məlumatlar əsasında qəbul oluna biləcəyini xatırladan önəmli bir tarix kimi əhəmiyyət daşıyır. Bu günün qeyd olunması Azərbaycanda dövlət idarəetməsinin şəffaflığını, elmi əsaslı planlaşdırma mədəniyyətini və davamlı inkişaf strategiyasını bir daha ön plana çıxarır. Keyfiyyətli statistika dövlətin gücünü, vətəndaşın məlumatlılığını və ümumilikdə, gələcəyin inkişaf potensialını müəyyən edən ən mühüm faktorlardan biri kimi qalır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bütün xəbərlər
Dünən, 16:41

MN-in şəhid hərbçiləri və mülki işçiləri ölümündən sonra təltif edildi - Siyahı

Bütün xəbərlər
Dünən, 16:01

Keçmiş kürəkənini bellə döydü, 7 min manat xərcə düşdü

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə şəhid qızı universiteti qırmızı diplomla bitirdi - 35 yaşında

Bütün xəbərlər
Dünən, 12:19

Bu gün qısa iş günüdür

Bütün xəbərlər
Dünən, 11:00

"Repetitor yanına getməmişəm" - 400 bal toplayan gəncəli abituriyent

Bütün xəbərlər
Dünən, 09:32

"TIR" "Niva" ilə toqquşdu, ata ilə oğlu yaralandı

Bütün xəbərlər
24 iyun 2026, 16:32

Gəncədə "Məzun günü" keçirilib

Bütün xəbərlər
24 iyun 2026, 15:57

Gəncəli Milli Qəhrəmanın həyat yoldaşı bu suala əsəbiləşdi

Bizim fəxrimiz
24 iyun 2026, 14:27

Gəncə kikboksçuları Azərbaycan çempionatında 30 medal qazanıblar

Bütün xəbərlər
24 iyun 2026, 13:44

Sabah dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
24 iyun 2026, 11:18

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Bütün xəbərlər
24 iyun 2026, 10:48

Vətəndaşların bankdakı pulu xeyli artıb

Bütün xəbərlər
24 iyun 2026, 09:35

İmamzadə "Aşura" mərasimi üçün tam hazırdır

Bütün xəbərlər
23 iyun 2026, 17:15

Gəncə Tibb Kollecində məzun gününə görə 10 manat yığılır – İDDİA

Bütün xəbərlər
23 iyun 2026, 16:38

Gedişhaqqı artıb, amma kondisionerlər işləmir? – Gəncəlilər narazıdır

Bütün xəbərlər
23 iyun 2026, 15:54

Gəncədə tullantılarını kanala axıdan restoran aşkarlandı

Bütün xəbərlər
23 iyun 2026, 15:19

Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi olub

Bütün xəbərlər
23 iyun 2026, 15:02

Azərbaycanda neçə lüks avtomobil var?

Bütün xəbərlər
23 iyun 2026, 14:21

Gəncədə ilin ilk rübündə əsas kapitala 26,4 milyon manat investisiya yönəldilib

Bütün xəbərlər
23 iyun 2026, 13:38

Stul, stəkan, xalça, ədyal – Gəncədə kişi qonşusunun evini qarət etdi

Bütün xəbərlər
23 iyun 2026, 13:03

"Braziliyanı DÇ-2026-da favoritlər siyahısında görmürəm" – Gəncəli veteran futbolçu

Bütün xəbərlər
23 iyun 2026, 11:52

"Gəncə" voleybol klubu məşqçi ilə yollarını ayırıb

Bütün xəbərlər
23 iyun 2026, 11:17

Gəncədə bağçada südlü düyünü düyüsüz verirlər - İDDİA

Oxşar xəbərlər