top
Gəncə sakini illərlə obyektinə sənəd ala bilmir
19 noyabr 2025, 16:55
- ↺ +

Gəncə sakini illərlə obyektinə sənəd ala bilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər sakini Seymur Yusifov təxminən üç ilə yaxındır inşa etdirdiyi tikilisinə rəsmi sənəd ala bilmədiyini bildirir. 

Gencexeber.az-a məsələ ilə bağlı şikayətini söyləyən S.Yusifovun sözlərinə görə, bütün aidiyyəti dövlət qurumlarından müsbət rəy alsa da, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədləşdirməyə icazə vermir.

O iddia edir ki, qurumda sənədlərə baxan bəzi əməkdaşlar onu süründürməçiliklə üzləşdirirlər. Bildirilib ki, ilkin mərhələdə yalnız "Azərişıq" ASC tərəfindən obyektə mənfi rəy verilib. Daha sonra qurumun nümayəndələri ərazidə yenidən baxış keçirib və mənfi rəy tamamilə ləğv edilərək müsbət rəy ilə əvəzlənib. Bununla da sənədləşmə üçün nəzərdə tutulan bütün tələblər yerinə yetirilib.

Lakin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər şöbəsindən bildirilib ki, ilk verilən mənfi rəy silinməlidir. Seymur Yusifov isə vurğulayır ki, qanunvericiliyə görə, ikinci dəfə verilən müsbət rəy əvvəlkini avtomatik olaraq qüvvədən salır, lakin Komitə bu faktı qəbul etmir.

Seymur Yusifov problemin həlli üçün Bakıda adıçəkilən qurumun özünə dəfələrlə müraciət edib. Lakin onun iddiasına görə, şikayətinə baxılmayıb, rəsmi şəxslərin qəbuluna düşməsinə isə müxtəlif bəhanələrlə icazə verilməyib.

Şikayətçi əlavə edir ki, qurum ona göstərilən səbəbləri rəsmi şəkildə təqdim etmir. Bu isə vətəndaşı məhkəməyə müraciət etmək hüququndan faktiki olaraq məhrum edir. Çünki məhkəməyə müraciət üçün komitənin rəsmi cavab məktubu tələb olunur, lakin illərdir bu cavab ona təqdim edilmir.

Seymur Yusifov bildirir ki, sənədləşdirmə prosesi əsassız şəkildə yubadılır və heç bir izahedici sənəd təqdim olunmadığından o, hüquqi yolla da problemini həll edə bilmir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Oxşar xəbərlər