top
Gəncə Dövlət Filarmoniyasının aqibəti necə olacaq? – Bina çökür
Video
12 noyabr 2025, 14:31
- ↺ +

Gəncə Dövlət Filarmoniyasının aqibəti necə olacaq? – Bina çökür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təxminən 8 il öncə Gəncə Dövlət Filarmoniyası şəhər sakinlərinin və qonaqların istifadəsinə verilmişdi. Böyük maliyyə hesabına tikilən bu mədəniyyət kompleksi həm Gəncənin, həm də ölkənin qərb bölgəsinin ən möhtəşəm mədəni ocaqlarından biri hesab olunurdu. Lakin görünür, bu sevinc uzun çəkməyəcək.

Gencexeber.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin tabeliyində olan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında dərin çatlar əmələ gəlib. Binanın bünövrəsində və xüsusilə arxa hissəsində çökmə halları müşahidə olunur. Eyni zamanda, filarmoniyaya bitişik və sərgilərin keçirildiyi "Urban" Mərkəzinin daxilində və fasadında da oxşar vəziyyət müşahidə edilir.

Binada yaranan bu problemlər sakinlərin ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə, bu cür çatların və çökmələrin qısa müddətdə baş verməsi bina tikintisində keyfiyyət məsələlərinə şübhə yaradır.

Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, eləcə də bufet fəaliyyət göstərir. Burada 1200 nəfərlik konsert zalı, 300 yerlik iclas zalı, 10 loja və 1 VIP loja mövcuddur. Filarmoniyada kitab satışı da həyata keçirilir.

Üçüncü mərtəbənin eyvanında görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri ucaldılıb. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil üçün yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpuslu qalereya inşa edilib.

Redaksiyamız tərəfindən Gəncə Dövlət Filarmoniyasında yaranan vəziyyətlə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilib. Qurumdan gün ərzində cavab veriləcəyi bildirilsə də, daha sonra heç bir açıqlama təqdim edilməyib.
Görünür, nazirlik nümayəndələri də "görünən dağa bələdçiyə ehtiyac yoxdur" prinsipi ilə hərəkət etməyi üstün tutublar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Oxşar xəbərlər