top
Gəlininə qumbara atan qayınataya 15 il yarım həbs
11 sentyabr 2025, 09:38
- +

Gəlininə qumbara atan qayınataya 15 il yarım həbs

Goranboyda gəlininə qumbara atan 68 yaşlı qayınatanın məhkəməsi başa çatıb.

Qafqazinfo.аz xəbər verir ki, araşdırmanın sonunda Zakir Namazova verilmiş ittiham təsdiqini tapıb.

İttihamda yazılıb ki, ahıl qayınata uzun müddət davam edən ailə-məişət münaqişəsinin sonunda gəlinini öldürmək qərarına gəlib. O, bu məqsədini reallaşdırmaq üçün həyətdə ot tayasının arasında gizlətdiyi F-1 tipli əl qumbarasından istifadə edib. Belə ki, həyat yoldaşı və azyaşlı nəvəsinin gözləri qarşısında qumbaranın qoruyucusunu çəkərək gəlininin üstünə atıb. Partlayış nəticəsində 39 yaşlı V.A. ağır xəsarət alıb.

Z. Namazov polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. Lakin ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Zakir Namazovun sözlərinə görə, uzun müddət gəlininin hərəkətlərindən narahat olub. Hətta həyat yoldaşı ilə danışığında onu oğlundan ayıraraq evdən qovacağını söyləyib. O, gəlini ilə münasibətinin ürəkaçan olmadığını etiraf etsə də, ona qumbara atmadığını deyib. Bildirib ki, V.A. bir müddət sonra 3 azyaşlı uşağını da qoyub evdən qaçıb.

"Oğlum ikinci qrup əlildir. Bəzi məsələlərdən sonradan xəbəri olub. Həyat yoldaşı evdən qaçandan sonra rəsmi qaydada boşandılar. Uşaqlarını atdığına görə gəlindən aliment tutulması haqda qərar da var. Lakin alimenti ödəmədi. Qumbara məsələsinə gəlincə, belə bir şey olmayıb. Məndə qumbara olsaydı, elə onu xoşagəlməz hərəkətlər etdiyi 3 il ərzində öldürərdim", - deyə Z. Namazov əlavə edib.

İş materiallarında başqa bir epizod isə təqsirləndirilən şəxsin daha əvvəl gəlinini zorlaması ilə bağlıdır. Hətta o bu münasibətin maneəsiz davam etməsi üçün öz arvadını da öldürməyi fikirləşib. Zərərçəkmiş kimi dindirilən gəlin də qayınatasının hədə-qorxusu ilə dəfələrlə onunla birlikdə olduğunu, hətta ona kəbinə daxil olmağı təklif etdiyini söyləyib. Gəlinin dediyinə görə, kəbin söhbətindən sonra dözə bilməyib, prokurorluğa şikayət edib.

Z. Namazov isə gəlininin həmin sözlərinin böhtan olduğunu, onu şərləmək məqsədi daşıdığını bildirib: "Evdən qaçandan bir müddət sonra məndən xahiş etdilər ki, uşaqlarına görə onu bağışlayım. Düzdür, həmin vaxt artıq boşanma da olmuşdu. Buna baxmayaraq onu evə gətirdim. Amma uşaqları anaları ilə birlikdə yaşamağa etiraz etdilər. Məcbur qalıb onu həyətdəki vaqona yerləşdirdim. Sonradan da dedi ki, guya həmin vaqonda hədə-qorxu ilə onunla birlikdə olmuşam. Hətta prokurorluğa da şikayət etdi. Lakin yetərli sübutlar olmadığından cinayət işinin başlanmasından imtina edildi. Sonradan da qumbara hadisəsinə görə həbs olundum".

Məhkəmə istintaqı vaxtı bütün ailə üzvləri, zərərçəkmiş şəxs və digər şahidlər ayrılıqda dindirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Namazova 15 il 6 ay həbs cəzası verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Məktəblərimizdə "Hakaton həftəsi" start götürür

Bütün xəbərlər
Bu gün, 17:17

Gəncədə qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Bolmart"lar bağlanacaq?

Bütün xəbərlər
Bu gün, 16:39

Bu xəstəliyə qarşı dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq

Bütün xəbərlər
Bu gün, 16:05

Tanışlarını döyən və bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 15:53

"Kəpəz" Azərbaycan kubokunda inamlı qələbə qazanıb

Bütün xəbərlər
Bu gün, 15:41

Rusiya-Ukrayna müharibəsində iki azərbaycanlı həlak olub

Bütün xəbərlər
Bu gün, 14:51

Peşə təhsilində Belarus tədris modelindən istifadə ediləcək

Bütün xəbərlər
Bu gün, 14:19

Fırçanın izi qaldı…: Gəncədə sevilən rəsm müəllimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 13:41

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:07

AYNA: Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

Bütün xəbərlər
Bu gün, 12:33

Lisey və gimnaziyalara qəbul yalnız bu siniflər üzrə aparılacaq

Bütün xəbərlər
Bu gün, 11:49

Gəncədə ağır qəzada xəsarət alanların son durumu - YENİLƏNİB 2

Bütün xəbərlər
Bu gün, 11:32

YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə MKTİB tərəfindən zibil konteynerləri yenilənib

Bütün xəbərlər
Bu gün, 10:25

Gəncədə tanınmış həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncəli məşqçilərdən maraqlı təşəbbüs

Bütün xəbərlər
Bu gün, 09:36

20 yaşlı oğlana qəbiristanlıqda xəsarət yetirdilər

Bütün xəbərlər
Bu gün, 00:06

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Bu gün, 00:01

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 5 il ötür

Bütün xəbərlər
Dünən, 18:00

Laçında işləmək istəyən gəncəlilərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:24

"Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə" - Marian Kolevlə MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:44

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub

Bütün xəbərlər
Dünən, 16:03

Gələn ay torpaq hərracı keçiriləcək

Oxşar xəbərlər