top
Gəncəli heykəltəraş: “İncəsənət adamı gəlib kafe, çayxana, bazar görür” - ÖZƏL MÜSAHİBƏ
28 yanvar 2025, 17:00
- ↺ +

Gəncəli heykəltəraş: “İncəsənət adamı gəlib kafe, çayxana, bazar görür” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Gəncədə yaradıcı emalatxana yoxdur. Emalatxana olmayanda həvəsdən düşürsən. Düşünürsən ki, kimə lazımdır”.

Bu sözləri Gencexeber.az-ın bugünkü müsahibi heykəltəraş Camaləddin Rüstəmov deyib.

Müsahibəni təqdim edirik:

- Camaləddin bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 2 mart 1961-ci ildə Gəncədə anadan olmuşam. Gəncədə 16 saylı tam orta məktəbdə səkkiz il təhsil almışam. Daha sonra 1976-1980-ci illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi ixtisasına yiyələnmişəm. 1980-1982-ci illərdə həqiqi hərbi xidmətə yollandım və burada da rəssamlıq qabiliyyəti köməyimə çatdı. 1984-cü ildə sənədlərimi Azərbaycan Dövlət İncəsənət institutunun “Rəssam-heykəltəraşlıq” fakültəsinə verdim və altı il burada təhsil aldım. İncəsənət institutuna qəbul olunmağım mənim həyata baxış nöqtəmi dəyişə bildi.

- Sizə bu sənətə başlamağa nə ilham verdi? Neçə yaşda başladınız?

- Əmim Məşhədi Rüstəmov respublika səviyyəsində tanınmış heykəltəraş idi. O, 20 il Rəssamlar İttifaqının Gəncə təşkilatının sədri olub. Onun emalatxanasına kiçik yaşlarımda həmişə gedirdim. Gil qarışdırırdım. Nə isə düzəltməyə çalışırdım. O vaxtdan marağım var idi. Çox xoşum gəlirdi. Bu sənətin mənə yaxın olduğunu hiss etdim. Əl işimi bitirdikdən sonra ləzzət alıram. Adam var ki, işi elə-belə edir. Mən həzz alıram. Texnikumda oxuduğum dövrdə xırda işlər edirdim.

- Ən çox hansı materiallarla işləməyi sevirsiniz və bunun səbəbi nədir?

- Heykəltəraşlıq elə bir sənətdir ki, hər bir materialdan istifadə etmək mümkündür. Hətta məftil ilə də nə isə hazırlaya bilərsən. Daha çox işlənilən material plastilin, gil və gipsdir. Əsas materiallar bunlardır. Öz istədiyin formaları almaq üçün birinci gil, sonra da plastilinlə edirsən. Bərk materialla da işləmək mümkündür. Taxta, dəmir, mərmər, qranit və çay daşından da işləmək olar. Bu, mövzunun sənə yaxınlığından asılıdır.

- Bir heykəlin tamamlanması nə qədər vaxt alır və bu prosesdə ən çətin anlar hansılardır?

- Elə olub, bir portretə yaradıcılıq baxımından iki saat vaxt sərf edilib. Obrazı tutandan sonra formalar çox incitmir. Baxırsan ki, hər şey öz yerindədir. Elə olur ki, bir-iki ay çəkir.

- Heykəltəraşlıqda ən vacib anlayış nədir - forma, yoxsa məna?

- Əsas, ürək olsun. İşini gərək sevəsən. Sənəti gərək sevəsən. Çünki bizim sənət ağırdır. Ürəksiz gördüyün iş də cansız olar. Həm də heykəltəraşlıq hər tərəfdən baxılır. Dairəvi baxmaq lazımdır. Monumental heykəltəraşlıq ilə dəzgah bir deyil. Fərqlər var. Monumentalı hər heykəltəraş bacarmır. Həcmlərə dəqiqliklə diqqət etmək lazımdır.

- İşlərinizin məqsədi daha çox estetik təsir yaratmaqdır, yoxsa izləyicini müəyyən bir şəkildə düşünməyə yönəltmək?

- Əgər heykəl hansısa bir düşüncəni təbliğ edirsə, çox yaxşıdır. Estetika gözəllikdir. O da lazımdır. İncəliyi, möhtəşəmliyi göstərir. Həm estetika olmalıdır, həm də insanı düşündürməlidir. İzləyici formanın niyə belə olduğunu düşünməli və heykəltəraşın nə demək istədiyini anlamalıdır. Obrazı hiss etmək və görmək lazımdır. Bu, rəssamlıqda da belədir.

- Sizcə, heykəltəraşlıq sənəti və müasir cəmiyyət arasında hansı əlaqə mövcuddur?

- Bizdə bu dəqiqə heykəltəraşlıq çox aşağı səviyyədədir. Dövr dəyişib, bu dəqiqə gənclərin çoxu texnikaya yönəlir. Heykəltəraşlıq da çox ağır sənətdir. Hər kişi axıra qədər gedə bilmir. Bacarmaq lazımdır. Gəncədə maraq yoxdur. Heykəltəraş deyən kimi çox adamın gözünün qarşısına gips sexləri gəlir. Düşünürlər asandır.. Heykəltəraşlıqla ustalığın arasında çox böyük fərqlər var.

- Məşhurlardan kimin heykəlini hazırlamısınız?

- Gəncədə çox işlər etmişəm. Şah İsmayıl Xətai, Məhsəti Gəncəvi, Üzeyir Hacıbəyov və Əhməd Cavadın heykəlini hazırlamışam. Bunların hər birini öz şəhərimiz üçün etmişəm. Tarixi şəxsiyyətlərin heykəlini hazırlamışam. 1997-1998-ci illərdə İmam Mustafayevin birinci Fəxri Xiyabanda qəbirüstü abidəsini hazırlamışam. Eskizindən tutmuş hər detalını özüm etmişəm. Əmimin işi idi. Onun adından mən etdim. Eskiz təsdiq olunandan sonra əmim dedi bu sənin adına çıxmalıdır. Rəssamlar İttifaqına üzv seçiləndə o işlərdən istifadə etdim.

- İşinizdən gəlir əldə edə bilirsinizmi?

- Sifarişlər olur. Özümüzü dolandırırıq. Qəbirüstü abidə və ya dövlət səviyyəsində işlər olur. Onunla dolanmağa çalışırıq.

- Sərginiz olubmu?

- Gəncədə, Bakıda sərgilərim olub. Övladlarım ilə sərgim olub.

- Emalatxananız varmı?

- Bu dəqiqə hər şey Bakıda cəmləşib. Cəmiyyət formalaşmalıdır. Ciddi tarixi əhəmiyyətli işləri saxlamağa yer yoxdur. Müvəqqəti olaraq bir yer var, orada işləyirəm. Elə olur 3-4 tonluq gil işlədirik. Emalatxana olmayanda, alınmır. Beyinə ideya gələndə rahat işləmək istəyirsən. Evdə olmur.

- Ailədə sizdən başqa bu işlə məşğul olan varmı?

- Kiçik qızım dekorçudur. Rəngkarlığı bitirib. O, bəzən məşğul olur.

- Heykəltəraş olaraq idealınız kimdir?

- Xoşum gələnlər olub. İdeal olaraq kimisə görməmişəm. Fazil Nəcəfov çox gözəl heykəltəraş idi. Yaradıcılıq nöqteyi-nəzərdən işləri Fransada məşhur idi.

- Tələbəniz varmı?

- Tələbəm yoxdur. Bir-iki tələbəm olub. Valideyn də gəlib. Deyib, uşaq fəhlə deyil.  Dedim, görək uşağın bu vannanı qarışdıra biləcəkmi. Xəqani Şirvanin heykəlin düzəldirdik. Atası gəldi, gördü uşağın əli-ayağı palçıqdır. Ondan sonra uşaq gəlmədi. Elə bilirlər heykəltəraş əli-ayağı təmiz olur. Bizim sənətə heç kəs maraq göstərmir.

- Xaricdən gələn turistlərin əl işlərinizə reaksiyası necə olub?

- Emalatxana lazımdır. Qazaxıstan, Türkiyə və Dağıstandan Gəncəyə gəlmişdilər. Onda bəzi işlərimi gördülər, bəyəndilər. Elə ona görə şəhərin bir incəsənət muzeyi, sərgi salonu olmalıdır. İncəsənət adamı və ya turist gəlib kafe, çayxana, bazar görür. Ayrı heç nə yoxdur. Gəncədə yaradıcı emalatxana yoxdur.

- Gələcəkdə hansı növ layihələr üzərində çalışmaq istərdiniz?

- Emalatxana olmayanda həvəsdən düşürsən. Düşünürsən, kimə lazımdır. Öləndən sonra başa düşmək lazım deyil. Dəstək göstərmək lazımdır.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Bu gün, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Bu gün, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Bu gün, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Bu gün, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Bu gün, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Oxşar xəbərlər