Gəncənin voleybol təmsilçisi növbəti oyunçu ilə müqavilə bağlayıb.
Voleybol klubunun məlumatına görə, söhbət ukraynalı voleybolçu Olena Napalkovadan gedir. O, ötən mövsümü Kiprin “Nea Salamina” klubunda keçirib.
Voleybolçu daha əvvəl Finlandiyanın “LiigaPloki”, Polşanın “AZS Politechnika Śląska Gliwice”, Ukraynanın “Prometey” və “Ximik Yujny” klublarında forma geyinib.
“Gəncə” VK bu transferədək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina və tailandlı Tiçakorn Bunlerti heyətinə qatıb.