Gəncə sakini soyğunçuluq əməlinə görə saxlanılıb. Bu haqda 23 yanvar tarixində DİN-ə istinadən xəbər veririk.
Hadisə Bakı şəhərinin Nizami rayonunda baş verib. Zərərçəkən qadın yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat pul, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirdiyini bildirib. Aparılan əməliyyat-axtarış nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.