Gəncədə Kapital Bankın müdiri təltif olunub. Bu haqda 10 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Kapital Bank ASC-nin müdiri Vüqar Paşayevə Fəxri Fərman verilib. Təltifetmə Vasif Cənnətov tərəfindən, "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən tədbirlərdə əməkdaşlıq etdiyi üçün baş tutub.