Gəncədə 25 dekabr tarixində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Birmərtəbəli evin damının taxta atmaları yanıb. İstidən mətbəxin və dəhlizin tavanı əriyib. Əraziyə yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Alovun evin digər hissəsinə yayılmasının qarşısı alınıb.