Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Bu haqda 24 dekabr tarixində Marja.az-a istinadən məlumat veririk.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. O postu gəncəli Məmməd Abbasbəyli tutacaq.
Qeyd edək ki, Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildən o, ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür. Məmməd Abbasbəyli 2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri, 2020-ci ildə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin olunmuşdur.