Gəncənin voleybol təmsilçisi belaruslu mütəxəssislə anlaşıb. Bu haqda 13 avqust tarixində Report-a istinadən xəbər veririk.
Söhbət Pavel Abaşevdən gedir. Qadın voleybolçulardan ibarət klubumuzda belaruslu təlimçi-statistik vəzifəsini icra edəcək. Onunla birillik müqavilə imzalanıb.
Qeyd edək ki, mütəxəssisin ötən mövsüm çalışdığı “Beloqore” klubu Rusiya Superliqasında bürünc medal qazanıb.