Gəncədə "Kitab oxumaq biliyini gücləndirir" müsabiqəsinin qalibləri elan olunub. Bu haqda 29 dekabr tarixində Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.
"Uğurlu məzunlar" layihəsi çərçivəsində həyata keçirilən müsabiqədə hər sinif üzrə bir nəfər şagird qalib seçilib. Onlara "Superfon" şirkəti tərəfindən hədiyyə təqdim edilib.
Xatırladaq ki, müsabiqə 8 və 16 nömrəli məktəblərdə təşkil olunmuşdur.
[caption id="attachment_7668" align="alignnone" width="300"]
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto[/caption]