Bu gün səhər saatlarından Gəncədə güclü partlayış səsləri eşidilir. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.
Seyfəli poliqonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiya işləri davam etdirilir. Bu barədə Azxeber.com-a istinadən məlumat veririk.
"Seyfəli poliqonundakı partlayışla əlaqədar əhalini təşvişə düşməməyə çağırırıq", - deyə Müdafiyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, sözügedən əməliyyatlar Ordunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri tərəfindən aparılır.