Gəncə Dövlət Kukla Teatrının kollektivi Qax Dövlət Kukla Teatrının qonağı olub. Bu haqda 22 iyul tarixində Azərtac-a istinadən xəbər veririk.
Teatrın yaradıcı kollektivi tamaşaçılara rus uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Korney Çukovskinin “Milçək-Vizilçək” tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Zülfiyyə Əliyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyev, kuklaçı rəssamı Təranə Cəfərova, musiqi tərtibatçısı Aynur Cahangirovadır.