Gəncə Dövlət Aqrar Kollecinə qəbul olunanların qeydiyyat tarixi açıqlanıb.
Gencexeber.az ADAU-ya istinadən xəbər verir ki, abituriyentlər sentyabrın 9-u saat 11:00-dan 17 sentyabr saat 18:00-dək qəbul olduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün onlar http://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış şəxsi kabinetə daxil olaraq təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Abituriyentin qeyd edilən müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və qəbul əmri verilməyəcək.