Gəncədə iki uşaq mənzildə köməksiz qalıb. Bu haqda 7 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Kəpəz rayonunda 2 azyaşlının bağlı qapı arxasında qalması haqda müraciət daxil olub. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Onlar giriş qapısını qıraraq, nəzarətsiz qalmış uşaqları xilas ediblər.