Gəncədə orta yaşlı qadın zəhərlənib. Bu haqda 18 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 35 yaşlı A. İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xanımın vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın yaşadığı evdə sirkə turşusu içib. Onun hansı səbəbdən özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.