Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunub.
AZƏRTAC məlumat verir ki, konsertdə Rusiyadan olan Daniil Kirillov və Anna Rasina pianoda “Universum” duetini ifa ediblər. Həmçinin, gənc musiqiçilər tərəfindən V.A.Motsart, İ.S.Bax, L.V.Bethoven, P.Maskanyi, F.Mendelson, S.Raxmaninovun əsərləri təqdim edilib.