Azərbaycan Dövlət Aqrar Universitetində "Kəhriz Sistemləri" adlı kitabın təqdimatı keçirilib. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.
Mərasim "Kəhriz Tədqiqat İnformasiya Mərkəzinin Yaradılması və Kəhriz Mühəndislik Kursunun Açılması" layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov və Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov iştirak ediblər.
Qeyd edək ki, layihə Koreya Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilib.
[caption id="attachment_7650" align="alignnone" width="300"]
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto[/caption]