Gəncədə iribuynuzlu heyvan xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytında məlumat dərc edilib.
Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb. Bir baş iribuynuzlu heyvan, dərinliyi təqribən 3 metr olan su quyusuna düşüb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.