Gəncə şəhərində master-klass təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının verdiyini məlumata əsasən, cüdo həvəskarları üçün keçiriləcək təlim Gəncə İcra Hakimiyyətinin qarşısında baş tutacaq.
Ustad-dərsi sentyabrın 3-ü saat 17:00-da olacaq. Burada şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediləcək. Onlarla müxtəlif fəndləri yerinə yetiriləcək.