Gəncədə tanışını öldürən şəxsə hökm oxunub. Bu haqda 13 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Gəncə sakini Sərdar Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, 19 fevral 2021-ci il tarixində tanışı, 18 yaşlı Pərvin Musayevanı mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti Cavadxan qəsəbəsində zibilliyə atıb. Cəfərov tutularaq istintaqa cəlb olunmuşdur.
Qeyd edək ki, hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində oxunub.