Gəncə sakini 4 yanvar tarixində dostunu bıçaqlayıb. Bu haqda Apa-ya istinadən məlumat veririk.
Hadisə axşam saatlarında Kəpəz rayonunda qeydə alınıb. Zahir Həsənov Üzeyir Hacıbəyov küçəsində öz dostunu, 50 yaşlı M.Hüseynovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
36 yaşlı Zahir Həsənov polislər tərəfidən saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı araşdırma aparılır.