Gəncədə kişi meyiti aşkarlanıb. Bu haqda 6 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Nizami rayonunda bir nəfərin bağlı qapı arxasında qalması haqda müraciət daxil olub. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Onlar evin giriş qapısını açaraq 55 yaşlı Vahid Məmmədovun meyitini aşkarlayıblar. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.