Tanınmış yazıçı Elxan Elatlı gəncəli oxucuları ilə görüşəcək.
Gencexeber.az bildirir ki, görüş sabah 15:00-da Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında baş tutacaq.
Tədbir zamanı yazıçının yaradıcılığı, əsərlərindəki mövzular və Azərbaycan ədəbiyyatında detektiv janrının inkişafı ilə bağlı müzakirələr aparılacaq.