top
Elə icra başçısı yoxdur ki, ondan narazılar olmasın - Millət vəkili
01 noyabr 2025, 18:00
- ↺ +

"Elə icra başçısı yoxdur ki, ondan narazılar olmasın" - Millət vəkili

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş  İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə  yüksəlib.

Modern.az deputatlar arasında sorğu keçirərək, təmsil etdikləri rayonun icra başçısından şikayətlərin olub-olmadığına aydınlıq gətirmələrini istəyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Ağcabədinin deputatı Tahir Rzayev bildirib ki, təmsil etdiyi rayonun icra başçısı insanlara qarşı mehriban və səmimidir:

"İcra başçımız mədəni insandır, onun zəngin təcrübəsi var. Münasibətlərimiz qarşılıqlıdır və bu əlbəttə ki, rayonun inkişafı, adamların rifahı üçündür. Müntəzəm olaraq görüşür, rayon əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhid ailələrinin yanında oluruq. İnsanlar əsasən ondan razıdırlar. Elə rayon başçısı yoxdur ki, ondan müəyyən şikayətlər olmasın. Bunun müxtəlif səbəbləri var. Bəzən insanlar icra başçısının səlahiyyətinə aid olmayan məsələlərə münasibət bildirir, onun həllini tələb edirlər. Bu, mümkün olan  hal deyil. Bəzi köklü problemlər olur ki, başçının imkanları xaricindədir".

Cəbrayılın deputatı Ceyhun Məmmədov qeyd edib ki, icra başçılarının üzərinə çox ciddi, böyük məsuliyyət düşür:

"Cəbrayıl rayonunun icra başçısı əhali və onun qayğıları ilə, mövcud problemlərin həlli ilə məşğul olur. Aramızda konstruktiv əməkdaşlıq var. Vətəndaşların arzusu ondan ibarətdir ki, onların bütün müraciətləri həllini tapsın və yüksək qiymətləndirilsin. Həmişə buna nail olmaq mümkün deyil. Bu amil də nəzərə alınmalıdır. Həllinin tapılması mümkün olan məsələlər öz həllini tapıb. Elə məsələlər var ki, icra başçılarından asılı olmur, o zaman vətəndaşlar narazı qalırlar".

Qusarın deputatı Azər Badamov icra başçısı ilə koordinasiya olunmuş fəaliyyət göstərdiklərini deyib:

"Qusar rayonuna təyin olunmuş İcra Hakimiyyəti başçısının fəaliyyətindən çox məmnunam. Biz rayonun deputatı və icra başçısı olaraq koordinasiya olunmuş fəaliyyət göstəririk. Çünki məqsədimiz rayon sakinlərinə xidmət etməkdir. Qusar rayonunda dövlətlə vətandaş arasında etimad mühiti möhkəmlənib. Ona görə də son vaxtlar icra sturkturularından bizə olunan şikayətlər də sıfıra enib".

İmişlinin deputatı Razi Nurullayev az hallarda yazılı şikayətlər daxil olduğunu söyləyib:

"Amma xeyli məsələlər var ki, onları İcra hakimiyyəti həll etmir. Vətəndaş isə bütün problemlərin həlli üçün birinci növbədə deputat və İcra hakimiyyətinə üz tutur. Vacib məsələ odur ki, vətəndaşın müraciətinə can yandırasan, problemin həlli üçün çalışasan, düzgün yol göstərəsən".

Əziz gəncəlilər, icra başçınızın fəaliyyətindən razısınız, yoxsa narazı?

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər