top
Ekspert: İşlənmiş avtomobillərin qiymətində bahalaşma ola bilər
24 noyabr 2025, 18:00
- ↺ +

Ekspert: "İşlənmiş avtomobillərin qiymətində bahalaşma ola bilər"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuzun avtomobil bazarında bir müddətdir ki, durğunluq yaşanır. Payızda adətən qızğın alış-verişin müşahidə edildiyi bazarda, indi gözə alıcı az dəyir.

AZƏRTAC xəbər verir ki, avtomobil bazarında əsas üstünlük sovet avtomobillərinə verilsə də, onların da qiymətinin baha olması alıcıları qane etmir. Alıcılar qiymətin həddən artıq yüksək olmasından, satıcılar isə alıcı azlığından gileylənirlər.

Kənardan avtomobil bazarında insan sayı çox görünsə də, bazarda bir qədər gəzib dolaşdıqdan sonra məlum olur ki, bu insanların əksəriyyəti elə avtomobil sahibləridir. Bazarda kifayət qədər müxtəlif markalı avtomobillərə rast gəlmək olur. Satışa çıxarılan 200-dək avtomobilin əksəriyyəti Rusiya istehsalıdır. Düzdür, bazarda digər xarici istehsal olan avtomobillər də var. Amma onlarla maraqlanan azdır.

Şəmkirdən Tovuz bazarına avtomobilini satmağa gələn İsmət Məmmədov deyir ki, 1981-ci ildə istehsal olunmuş "VAZ 2106" markalı avtomobilini 4 min manata satışa çıxarsa da, alıcı yoxdur. "3700 manat təklif etdilər, satmadım. Baha satmıram, avtomobilimin vəziyyəti yaxşıdır deyə, bu qiymətə satıram. 2-3 nəfər maraqlansa da, istədiyim məbləğdə razılaşmadıq", - deyə İ.Məmmədov bildirir.

Digər satıcı Zakir Əmiraslanov isə bazara ilk dəfədir maşın gətirib. O, xarici istehsal olan avtomobilini sata bilmədiyini vurğulayır. "Bazara "Nissan Not" gətirmişəm. 2006-cı il istehsalıdır, 100 kilometrə 4 litr yanacaq sərf edir. Maraqlanan yoxdur. Amma sovet istehsalı olan maşınların alıcısı var. Alıcılar bu avtomobillərə üstünlük verirlər. Onlar yaxşı satılır. Qiyməti müqayisə etsək, demək olar ki, xarici avtomobilləri çox ucuz deyirik. Yaşı çox olan maşınlar da var ki, xarici avtomobillərdən baha satılır, onu alırlar. Amma xərci az olan bu maşınları alan yoxdur", - deyə əlavə edir.

Alıcılar da qiymətlərin münasib olmadığını deyirlər. Onlardan biri də Arzuman İsmaylovdur: "06", ya da "07" almağa gəlmişik. Çox baha deyirlər. Üç min manata avtomobil axtarıram, normal maşın yoxdur. Bəzi maşınları da yoxlatdırırsan, çox hissəsi xarab çıxır. Mən istədiyim maşın 3500 manata idi. Amma tapa bilmirəm. Bu bölgədə əsas VAZ markalı avtomobillərə daha çox ehtiyac var", – deyə o bildirir.

Hətta bəzi alıcılar da var ki, 5 min manata istədiyi köhnə istehsal ili olan avtomobili tapa bilmir. Alıcı Eltun Mahmudov deyir: "Sovet istehsalı olan avtomobillərə baxıram. Qiymətlər cibimə uyğun deyil. Mən 5 min manata maşın almaq istəyirəm, bahadır, ala bilmirəm. Keçən illə müqayisədə, bu il bir az ucuzlaşma var. Məncə qiymətlər bir az da aşağı olsa yaxşı olar".

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə fəaliyyət göstərən avtomobil bazarlarında alqı-satqı ötən illərlə müqayisədə bir qədər azalsa da, ümumilikdə, artım dinamikası müşahidə edilir. "Rusiya istehsalı olan avtomobillərə son vaxtlar tələbat azalıb. Bu da Çindən daha münasib qiymətə yeni avtomobillərin gətirilməsi ilə əlaqədardır. Alıcılar bu avtomobillərə daha çox üstünlük verirlər", - deyə ekspert bildirib.

E.Cəfərov onu da əlavə edib ki, hibrid avtomobillərə tətbiq olunan güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir, həmçinin həmin dövrdən etibarən ölkəmizə idxal olunacaq köhnə, yaşı 7 ildən çox olan avtomobillərin mühərrik həcminə görə alınan aksiz vergilərinin dərəcələri də artırılır. Bu isə o deməkdir ki, gələn ildən ölkə daxilində işlənmiş avtomobillərin satış qiymətində bir qədər bahalaşma ola bilər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər